29 İyun 2026
Ölkə futbolu

Azərbaycan futbolu üçün həlledici iclas – İK bu gün toplanır (YENİLƏNİR)

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, saat 15:00-da başlayacaq iclasda bir sıra məsələlər müzakirə olunacaq ki, onlardan biri də Premyer Liqada klub sayının artırılmasıdı.

İK-in ümumilikdə gündəliyinə daxil edilən məsələlər aşağıdakı kimidi:

1) AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması

2) Azərbaycan Premyer Liqasında komanda sayının artırılması

3) 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi

4) 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43