29 İyun 2026
Ölkə futbolu Premyer Liqa

“Zirə” ilə oyun öncəsi “Kəpəz”də qeyri-müəyyənlik

Premyer Liqanın 35-ci turu çərçivəsində “Zirə”ni qonaq edəcək “Kəpəz” “qartallar”la oyuna ciddi itkilərlə çıxacaq.

Klubdan İdmanxeber.az-a bildirilib ki, Olaveyi Onanuqa, Şakir Seyidov və Juionr Martins cəzalı durumda olduğundan bu matçda iştirak edə bilməyəcək. Bundan başqa, Georgi Papunaşvili zədə səbəbindən “Zirə” ilə oyunda tribunada yer alacaq.

“Kəpəz”in qeyri-müəyyənləri isə Mate Kvirkiviya, Vüsal Məsimov və Amil Yunanovdu. Bu oyunçuların meydana oynayıb-oynaya bilməyəcəyi matç günü bəlli olacaq. 

Qeyd edək ki, “Kəpəz” – “Zirə” oyunu mayın 18-də, saat 17:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43