20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Turan Tovuz”u məğlub etdi – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 35-ci tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

28-ci turda çempionluğunu rəsmiləşdirən “Qarabağ” öz meydanında “Turan Tovuz”la qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları mayın 18-də və 19-da keçiriləcək.

17 may (cümə)

20:30. “Qarabağ” – “Turan Tovuz” – 4:3

Qollar: Juninyo, 19 (1:0), Emmanuel Hakman, 47 (1:1), Luis Paçu, 53 (1:2), Leandro Andrade, 69 (2:2), Matues Silva, 75 (3:2), , Emmanuel Hakman, 85 (3:3), Leandro Anrade, 90 (4:3)
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43