10 Noyabr 2024
Ölkə futbolu

Ayxan Abbasov: “Çox rahat qollar buraxdıq”

“Xal qazanmaq istəyirdik. Bilirdik ki, rəqib “Qarabağ”dır, çətin olacaq. Birinci hissədə qol epizodlarını dəyərləndirə bilmədik. İkinci hissəyə yaxşı başladıq, qollar vurduq. Məğlubiyyətə üzülürəm. Çox rahat qollar buraxdıq. Amma yaxşı qollar vurmuşuq. Ən çox qol vuran ikinci komandayıq. Son dörd tura kimi avrokubok həyəcanı yaşadıq. Gələn mövsüm bunu sona qədər çatdırmaq lazımdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Qarabağ” oyunu (3:4) barədə danışarkən deyib. O, daha sonra Ağdam təmsilçisinin sonuncu qolunda qayda pozuntusu olduğunu bildirib:

“Yüz faiz qayda pozuntusudur. Hakimlikdən danışanda deyirlər ki, baş məşqçi bəhanə axtarır. Hakim dedi ki, VAR-da baxdıq, top Brlajdi Pusinin əlinə dəyib. Bundan başqa da bir neçə epizod oldu. Bir tərəfdən xoşdur ki, “Qarabağ”la oyunlarda belə sərt mübarizələrə imkan verirlər. Amma son dəqiqədə belə qol buraxmaq çətindir. İkinci dövrədə hakim səhvləri bizə çox təsir edib. Bu gün tam başqa olaylar ola bilərdi. Bunu  da keçməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43