Mövsümün ikinci yarısında qeyri-stabil oyun sərgiləyən və bunun fonunda avrokubok şanslarını itirən “Səbail”in yeni mövsümdən büdcəsi azaldıla bilər.
İdmanxeber.az-a daxil olan məlumata görə, Şahin Diniyevin başçılıq etdiyi kollektiv Premyer Liqanın sonuncu – 36-cı turunda səfərdə “Zirə”yə qalib gələ bilməsə, “dənizçilər”in sponsoru ASCO bu mövsüm klubun üçün ayırdığı 9 milyon manatlıq büdcəni yeni mövsüm üçün xeyli azaldacaq.
ASCO rəhbərliyi klubun qarşısına 6-cı yeri hədəf kimi qoyub. Əgər komanda lazım olan yeri tuta bilməsə, o zaman yeni mövsümdən klubun büdcəsi təxminən 4-5 milyon manata kimi azaldıla bilər.
“Sumqayıt”ın az büdcə ilə “Səbail”dən daha yaxşı nəticə verməsi ASCO rəhbərliyinin qəzəbinə səbəb olub. Paytaxt klubu üçün “Zirə” səfəri bu baxımdan çox önəmlidi.