“Feyenoord”un sabiq baş məşqçisi Arne Slot bundan sonra “Liverpul”un uğurları üçün çalışacaq.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli çalışdırıcı “Liverpul”un yeni baş məşqçisi olub. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
45 yaşlı təcrübəli mütəxəssisin müqaviləsi 2024-cü il iyunun 1-də qüvvəyə minəcək. O, “Liverpul”dan ayrılan Yurgen Kloppu əvəzləyəcək.