Azərbaycanlı futbolçu Zamiq Əliyev karyerasını Albaniyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu sözügedən ölkənin “Eqnatiya” komandası ilə anlaşıb. Klub rəsmi saytından tərəflər arasında razılıq əldə olunduğunu açıqlayıb.
“Eqnatiya” cari mövsümü çempion kimi tamamlayıb.
Xatırladaq ki, daha öncə millimizin üzvü Vüsal İsgəndərli də bu klubda çıxış etmişdi.