20 Sentyabr 2024
Ölkə futbolu

“Zirə”dən növbəti transfer – EKSKLÜZİV

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi “Kəpəz”in üzvü Martins Juniorla anlaşıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.

“Qartallar” bu transfer üçün “sarı-göylər”ə 100 min manat təzminat ödəyib.

Braziliyalı yarımmüdafiəçi cari mövsüm  Gəncə klubunun heyətində Premyer Liqada 32 oyun keçirib və 8 qol vurub. Martinsin aktivində beş məhsuldar ötürmə var.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43