Niderland millisinin yarımmüdafiəçisi Georginyo Veynaldum Fransa millisinin hücumçusu Kilian Mbappe haqda danışıb.
İdmanxeber.az-ın məlumatına görə, vaxtı ilə PSJ-də çıxış edən futbolçular bu gün Avro-2024 qrup mərəhləsinin ikinci turunda üz-üzə gələcəklər. Niderlandlı önəmli görüş barədə Mbappe barədə xoş sözlər söyləyib:
“Onun haqqında təəssüratım yəqin ki, hamı ilə eynidir. O, hazırda dünyanın ən yaxşı oyunçusudur. Mbappenin meydanda gördüyü işlər öz sözünü deyir. Mən PSJ-də olanda biz təkcə məşqdə və oyunlarda deyil, birlikdə vaxt keçirirdik. Bir-birimizi müntəzəm olaraq görürdük. Bizim əla dostluq münasibətlərimiz var idi və o vaxtdan bəri əlaqə saxlayırıq”.
Xatırladaq ki, Avstriya ilə oyunda Mbappe rəqib müdafiəçi ilə top uğrunda mübarizə apararkən burnunu sındırmışdı. Əvvəllər forvardın bu zədə səbəbindən bütün qrup mərhələsini buraxacağı bildirilirdi.