“Latsio” “Dinamo”(Kiyev) klubunun üzvü Nikolay Şaparenkonu transfer etmək niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, Roma klubu artıq futbolçu üçün danışıqlara start verib. Oyunçunun Avro-2024-dəki çıxışı “Latsio”nun diqqətini çəkib.
“Latsio” Şaparenko üçün 10 milyon avro ödəməyə hazırdır. Transferin bu yay reallaşacağı gözlənilir.
O, “Dinamo”da115 görüşdə 18 qol vurub.