“İnter”in hücumçusu Aleksis Sançes klubdan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı forvardla müqavilə bağlanmayıb. Tərəflər razılığa gələ bilməyib.
Çilili hücumçu 2019-cu ildən Milan klubunda çıxış edir. Forvard ötən mövsüm bütün turnirlərdə 33 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.