Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli komandanı təbrik edib.
İdmanxeber.az-ın məlumatına görə, ölkə başçısı bununla bağlı sosial şəbəkə hesabəndan paylaşım edib:
“Avropa çempionatında Avstriyaya qalib gələn və 1/4 finala yüksələn futbol komandamızı ürəkdən təbrik edirəm. Komandaya çempionluq yolunda uğurlar arzulayıram”.
Xatırladaq ki, Türkiyə millisi 1/4 finalda Niderlandla üz-üzə gələcək. İyulun 6-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.