Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə maraqlanıb.
Baş məşqçiyə stadion və məşq meydançalarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.