26 Noyabr 2024
Dünya futbolu

Portuqaliyalı futbolçu “Bavariya”da

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya “Bavariya” ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu Münhen təmsilçisi ilə anlaşıb. Bundesliqa klubu 28 yaşlı yarımmüdafiəçi üçün 46 milyon avro təzminat ödəyəcək.

Təcrübəli oyunçu “Bavariya” ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43