Millimizin oyunçusu Mahir Emrelinin Xorvatiyanın “Dinamo” klubundan ayrılmaq ehtimalı artıb.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi Zaqreb təmsilçisinin yeni mövsüm planlarına daxil deyil. Belə ki, “Dinamo” Avstriyadakı təlim-məşq toplanışına Emrelini aparmayıb. Bu səbəbdən də 27 yaşlı futbolçunun komandadan ayrılacağı gözlənilir.
Millimizin yarımmüdafiəçisinin Xorvatiya klubu 2026-cı ilə qədər sözləşməsi var.