“Bavariya”nın və Almaniya yığmasının qapıçısı Manuel Noyer 2026-cı il dünya çempionatına qədər milli komandada çıxışını davam etdirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper yığmadan getməyə tələsmir. O, 2024-cü il Avropa çempionatında 5 oyun keçirib, 4 qol buraxıb.
Qapıçı Almaniya millisində 2009-cu ilin yayında debüt edib. Futbolçu milli komanda ilə birlikdə 2014-cü ildə dünya çempionu olmaqla yanaşı, 2010-cu il DÇ və 2012, 2016-cı illlərdə keçirilən Avropa çempionatlarının bürünc mükafatçısı olub.