20 Sentyabr 2024
Dünya futbolu

Zidanın oğlu İspaniya klubu ilə anlaşdı

Fransalı sabiq futbolçu Zinəddin Zidanın oğlu Teo Zidan özünə yeni klub tapıb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı oyunçu İspaniyanın “Kordoba” ilə anlaşıb. Tərəflər arasında 2 illik sözləşmə bağlanıb.

Fransalı yarımmüdafiəçi Teo “Real”ın yetirməsidir. 

Xatırladaq ki, “Kordoba” ötən mövsüm Sequndaya yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43