“Real”ın müdafiəçisi Dani Karvaxal millidəki komanda yoldaşı Rodri barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu onu “kral klubu”na gətirmək istədiyini etiraf edib:
“Şübhəsiz ki, Rodrini “Real”da görmək istərdim. Mən ona hər gün deyirəm ki, günəşin olmadığı Mançesteri tərk edib Madridə köçsün. Çünki ona ehtiyacımız var. O, mənə deyir ki, klubla müqaviləsi var. Amma Rodri bizim üçün mükəmməldir.
Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.