20 Sentyabr 2024
Ölkə futbolu

“Sabah”ın Sloveniyadakı matçı canlı yayımlanacaq!

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq.

İdmanxeber.az-ın məlumatına görə, sözügedən ölkənin Çatej-ob-Savi qəsəbəsində məskunlaşan “bayquşlar” Bakı vaxtı ilə saat 20:30-da Ukrayna “Krivbass”ı ilə üz-üzə gələcək.

Qarşılaşmanın “Krivbass” klubunun “YouTube” platforması üzərindən canlı yayımlanması gözlənilir.

Matçın başlamasına az müddət qalmış həmin linki saytımız vasitəsi ilə sizinlə bölüşəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43