“Sumqayıt” hücumçusu Kasimir Ninqa ilə yolları ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, futbolçu ilə klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
“Çadlı futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq” – deyə məlumatda qeyd edilib.