İspaniya La Liqasında 2024-25 mövsümünün başlanma tarixi açıqlanıb
İdmanxeber.az-ın məlumatına görə, çempionat 15 avqustda start götürəcək və 25 may 2025-ci ildə başa çatacaq. La Liqanın 1-ci turu avqustun 15-dən 19-dək keçiriləcək.
İlk turda “Real” səfərdə “Malyorka”yla, “Barselona” isə “Valensiya” ilə üz-üzə gələcək.