“Barselona”nın hücumçusu Ansu Fati yenidən icarəyə veriləcək.
İdmanxeber.az-ın məlumatına görə, ötən mövsümü “Brayton”da keçirmiş gənc futbolçu Kataloniya klubunda qalmaq istəsə də, baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.
Onun “Sevilya”ya icarəyə veriləcəyi gözlənilir.
21 yaşlı yarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər “Barselona”ya məxsusdur.