20 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəldi

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına aydınlıq gəlib.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Şəfa” klubu olacaq.

Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.

Qeyd edək ki, “Şəfa” klubu yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində “Hypers”ə məğlub olmuşdu. Buna baxmayaraq, komandanın bir neçə gün əvvəl Azərbaycan çempionatlarından kənarlaşdırılan “İrəvan”ın əvəzinə II Liqada oynamasına qərar verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43