Çempionlar Liqasının II təsnifat mərhələsi oyunlarına hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ”ın “Linkoln”ə (Cəbəllütariq) qarşı keçirəcəyi oyunu macarıstanlı İştvan Vad idarə edəcək.
Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
“Linkoln” – “Qarabağ” oyunu iyulun 23-ü Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qaşrılaşma saat 20:00-da start götürəcək.