Meksika Futbol Federasiyasının mətbuat xidməti yeni baş məşqçinin adını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu posta Xavier Aguirre təyin edilib. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət nəticələnib.
O, əvvəllər “Atletiko” (Madrid), “Malyorka”, “Monterrey”, “Leqanes”, Misir və Yaponiya millilərində çalışıb.