“Qarabağ”ın Çempionlar Liqası II təsnifat mərhələsindəki “Linkoln” qələbəsi (2:0) Azərbaycanın UEFA reytinqinə təsir edib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bu qalibiyyətlə ölkəmizin xal ehtiyatını artırıb. Aktivinə daha 0,25 xal yazdıran Azərbaycan ümumilikdə 17,025 xalla UEFA reytinq siyahısında 25-ci yerdədir.
Bir pillə ölkəmizdən irəli olan Slovakiyanın isə 17,375 xalı var.