Azərbaycan klubları UEFA Konfrans Liqası II təsnifat mərhələsində mübarizəyə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “Zirə” evdə “DAK 1904” (Slovakiya) ilə üz-üzə gəlib. “Dalğa Arena”da keçirilən görüş “qartallar”ın qələbəsiylə başa çatıb – 4:0.
Turnirdəki digər təmsilçimiz “Sabah” isə 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşıb. Qarşılaşma təmsilçimizin fərqli qələbəsi ilə başa çatıb – 3:0.
Samir Abasovun rəhbərlik etdiyi “Sumqayıt” klubu evdə Macarıstan “Fehervar”ını qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcən görüş qonaqların qələbəsiylə sona çatıb – 2:1.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
20:30. “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) – 4:0
Qollar: Rafael Utziq, 29 (1:0), Junior Martins, 31 (2:0), David Volkov, 51 (3:0), 53 (4:0)
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)
“Dalğa Arena”
21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah” (Azərbaycan) – 0:3
Qollar: Pavol Şafranko, 60 (0:1), Cessi Sekidika, 78 (0:2), Xəyal Əliyev, 88 (0:3)
Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer
“Varkert Sportpalya”, Macarıstan
20:00 “Sumqayıt” (Azərvaycan) – 1:2 “Fehervar” (Macarıstan)
Qollar: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1), Ksaba Spandler, 52 (1:2)
Qırmızı vərəqə: Murad Xaçayev, 32 (“Sumqayıt”)
Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (Albaniya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu