“Qalatasaray”ın futbolçusu Tete klubdan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi “Panatinaikos”a transfer olunub. İstanbul təmsilçisi bu transferdən 4.75 milyon avro qazanacaq.
24 yaşlı futbolçu 2023-cü ildən “sarı-qırmızılar”da oynayırdı. O, 45 matçda 3 qol vurub və 6 qol ötürməsini verib.