İspaniyanın “Vilyarreal” klubunun qapıçısı Filip Yergensen karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” oyunçunun xidmətində maraqlıdı. London klubu qolkiper üçün qarşı tərəfə ilk təklifini verib. “Zadəganlar” 22 yaşlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdı.
Yergensenin özünün də “Çelsi”yə keçməkdə maraqlı olduğu bildirilir.