PSJ-nin sabiq qapıçısı Keylor Navasın yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper karyerasını İtaliyada davam etdirəcək. O, “Monza” klubuna keçməyə yaxındır. Tərəflər artıq razılığa gəlib və tezliklə müqavilə imzalanacaq.
Navas azad agent kimi PSJ-dən ayrılıb. A seriyası təmsilçisi “Monza”nın baş məşqçisi İtaliya millisinin və “Milan”ın sabiq üzvü Nestadır.