Millimizin hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, qardaş ölkənin I Liqa təmsilçisi “Erzurumspor” futbolçunun xidmətində maraqlıdır. Artıq forvardın müqavilə ilə məxsus olduğu “Qrasshopper” klubu ilə danışıqların başladığı bildirilir.
Xatırladaq ki, Dadaşov ötən mövsümü də Türkiyədə keçirib. O, Super Liqa klubu “Hatayspor”da 33 matçda 6 qola imza atmışdı.