“Renn” Julien Stefanın ayrılacağı təqdirdə italiyalı Stefan Piolini baş məşqçi postuna dəvət etmək variantını nəzərdən keçirir.
İdmanxeber.az-ın məlumatına görə, rəbərlik hazırkı çalışdırıcını mövsüm başlamazdan əvvəl istefaya göndərə bilər. İdman direktoru Frederik Massara əvvəllər “Milan”da birlikdə çalışdığı 58 yaşlı italiyalının klubda görmək istəyir.
Pioli 2019-cu ildən rəhbərlik etdiyi “Milan”ı ötən mövsüm tərk edib. Onun rəhbərliyi altında “qırmızı-qaralar” 2021/22 mövsümündə İtaliya A Seriyasının qalibi olub.