19 Sentyabr 2024
Ölkə futbolu

Sabiq “Neftçi”li “Qəbələ”də – RƏSMİ

“Qəbələ” daha bir transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, klub Elşad Tağıyevlə anlaşıb. “Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Futbolçu daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib. “Neftçi”nin əvəzedici heyətində də forma geyinən Elşadın son komandası “Şamaxı” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43