20 Sentyabr 2024
Ölkə futbolu

FIFA reytinqi: Azərbaycan millisi gerilədi

Azərbaycan millisi komandası yenilənmiş FIFA reytinqdə geriləyib.

İdmanxeber.az-ın məlumatına görə, yığmamız 1173,15 xalla 113-cü pillədə qərarlaşıb. Komandamız ötən dəfə ilə müqayisədə iki pillə geriləyib. Buna səbəb millimizin UEFA Millətlər Liqasında İsveç (1:3) və Slovakiya (0:2) görüşlərində məğlub olmasıdır.

Reytinq cədvəlinə 1889,02 xalla Argentina başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43