“Çempionat yeni başlayıb, cəmi 5 tur geridə qalıb. Hansı çətinliklərin, üstün tərfələrin olduğunu önümüzdəki matçlarda daha yaxşı başa düşəcəyik”.
İdmabxeber.az-ın məlumatına görə, bu sözləri “Nürnberq”də çıxış edən Mahir Emreli yeni komandası barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Almaniya futbol ölkəsidir. Burada oynamaq inanılmaz bir hissdir. İnsanların futbol anlayışı, onların dəstəyi yüksək səviyyədədir. İlk dəfədir ki, mentalitet, futbol sevgisi olaraq tam bir Avropa ölkəsindəyəm. Burada o fərqi hiss edirsiniz”.