24 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti”nin futbolçusu üçün mövsüm başa çatdı

“Mançester Siti”nin futbolçusu Rodrinin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun sağ dizində ön çarpaz bağ yırtığı aşkar edilib. Rodrinin mövsümü başa vurduğu qeyd edilir.

Oyunçu ötən tur “Arsenal”la görüşdə (2:2) zədələnmişdi.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm üç oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43