24 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” oyununa itkilərlə çıxacaqlar

“Sabah” Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, komanda bu görüşə ciddi itkilərlə çıxacaq. Zədəli Vinsent Till və Ayaz Quliyev görüşdə iştirak edə bilməyəcək.

Cəzalı İvan Lepinitsa da “Qarabağ”la oyunu kənardan izləyəcək. Futbolçu 4 sarı vərəqə alaraq, cəza limitini doldurub.

“Qarabağ” – “Sabah” qarşılaşması sentyabrın 29-da, saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43