Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı karyerasını Yunanıstanda davam edəcək.
İdmanxeber.az-ın məlumatına görə. təcrübəli yarımmdüafiəçi “Olimpiakos”la anlaşıb.
Son olaraq Fransada “Lill” şərəfini qorumuş 27 yaşlı futbolçu yaydan bu yana klubsuz idi. O, artıq Pirey təmsilçisi ilə bütün məsələlərdə ortaq məxrəcə gəlib. Yaxın günlərdə “Olimpiakos” bu keçidi ictimaiyyətə açıqlayacaq.