05 Dekabr 2024
Dünya futbolu

Götze “Bavariya”ya getdiyi üçün peşman olub

“Ayntraxt”ın yarımmüdafiəçisi Mario Götze 2013-cü ildə Dortmund “Borussiya”sından “Bavariya”ya keçməsinin səhv olduğunu deyib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə açıqlama verən futbolçu doğma klubunda qalmağın özü üçün daha yaxşı ola biləcəyini vurğulayıb:

“Geriyə baxanda mən “Borussiya”da daha çox qalmalı olduğumu düşünürəm. Bu mənim inkişafım üçün daha yaxşı olardı. O zaman qərarlarımın başqalarına necə təsir etdiyini tam bilmirdim. Gənc olanda yalnız özünü və yolunu görürsən, perspektiv üçün darıxırsan. Klopp çox parlaq məşqçidir. O, mənim ilk məşqçim olub. Digər klublarda da belə olacağını düşündüm. Amma bu, heç də belə deyilmiş. Mən çox şey bilmədiyim üçün əlimdə olanı qiymətləndirmədim”.

Götze “Bavariya”nın heyətində 114 oyuna çıxıb və 36 qol vurub. 2016-cı ildə futbolçu yenidən “Borussiya”ya qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43