Millimizin üzvü Mahir Emrelinin “Nürnberq”də komanda yoldaşları ilə qalmaqal yaşadığı bildirilib.
İdmanxeber.az-ın məlumatına görə, həmyerlimiz Finn Elç və Yannik Hofmannla gərginlik yaşayıb. “Bild” nəşri yazır ki, oyunçuların məşqdə Emreliyə qarşı sərt oynamaları millimizin üzvünü özündən çıxarıb.
Emreli iddialarla bağlı sosial şəbəkə hesabından paylaşım edib. O, hadisədə adıçəkilən hər iki oyunçuyla fotosunu paylaşıb.