27 Noyabr 2024
Dünya futbolu

Neymar Braziliyaya qayıdır

“Əl-Hilal”ın hücumçusu Neymar karyerasını Braziliyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, furbolçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini yeniləməyəcək. O, yetirməsi olduğu “Santos” klubuna keçəcək. Tərəflər arasında müqavilə 2025-ci ildə sona çatacaq.

Neymar 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya “Əl-Hilal”a keçib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43