Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin Il turunda “Malmö”yə məğlub olması (1:2) ölkəmizin mövqeyinə də təsir edib. Azərbaycan bir pillə geriləyərək, 19,125 xalla 28-ci sırada yer alıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (92.446) başçılıq edir.