07 Oktyabr 2024
İdman

Millimiz iki yoxlama oyunu keçirəcək

Azərbaycanın futzal millisi Avro-2026-ya hazırlıq məqsədi ilə noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, komanda Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək. Oyunlar noyabrın 4-də və 5-də Zenica şəhərində yerləşən Huseyn Smayloviç adına Arenada, yerli vaxtla saat 19:00-da start götürəcək. 

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43