07 Oktyabr 2024
Dünya futbolu

“Real” oyunu öncəsi “Barselona”da ciddi itki

“Barselona”nın hücumçusu Ferran Torresin bud nahiyəsindən zədə aldığı aşkarlanıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı futbolçu La Liqanın 9-cu turunda “Alaves”lə oyunda (3:0) zədələnib. Futbolçunun sağalma müddəti açıqlanmayıb. 

İspaniya mətbuatının yazdığına görə, Torres təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, “Barselona” bu ay İspaniya çempionatında “Sevilya” və “Real”la, Çempionlar Liqasında isə “Bavariya” ilə üz-üzə gələcək.

Bu mövsüm Torres komadanın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43