07 Oktyabr 2024
İdman

Millimiz dünya çempionatına məğlubiyyətlə başladı

23 yaşadək minifutbolçular arasında dünya çempionatına start verilib.

İdmanxeber.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi Xorvatiyada təşkil olunan yarışda ilk matçına çıxıb.

Rəcəb Fərəczadənin komandası ilk turda Serbiya ilə qarşılaşıb. Oyun rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mundiala məğlubiyyətlə başlayan komandamız 2-ci turun görüşündə sabah Hindistanla üz-üzə gələcək.

Qeyd edək ki, B qrupunda Azərbaycan, Serbiya, Çexiya və Hindistan milliləri yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43