07 Oktyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”də Xavi səsləri

“Barselona”nın keçmiş çalışdırıcısı Xavi karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” təcrübəli mütəxəssisin xidmətində maraqlıdır.  “Qırmızı şeytanlar” yaxın vaxtlarda baş məşqçi Erik Ten Haqı istefaya göndərib, Xavini gətirə bilər.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43