07 Oktyabr 2024
Dünya futbolu

Almaniya millisində ciddi itki

“Arsenal”ın yarımmüdafiəçisi Kay Haverts zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu Millətlər Liqasının qarşıdakı matçlarında Almaniya yığmasına da kömək edə bilməyəcək.

Kavertsin dizindən zədələndiyi və yaşıl meydanlara nə zaman qayıdacağı açıqlanmayıb. Onun əvəzinə millinin heyətinə “Maynts”dan Yonatan Burkardt cəlb edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43