“Barselona”nın futbolçusu Lamin Yamal ötən mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun mükafatı dünən Parisdə təşkil edilən mərasimdə təqdim edilib. Maraqlıdır ki, UEFA Çempionlar Liqasının rəsmi səhifəsi Yamalın mükafatını almağa yollanmasını Azərbayacan musiqisi ilə paylaşıb. Videonun fonunda Şövkət Ələkbərovanın “Ləpələr” musiqi səslənib.