“Real”ın Arda Gülərlə bağlı yeni qərar qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik gənc oyunçunun daha çox forma şansı qazanmasını isytəyir. Bu səbəbdən də Gülər satılmayacaq.
Rəhbərlik onu icarəyə də verməyəcək. 19 yaşlı futbolçunun özü də Madrid klubunda qalmaq və burada uğur qazanmaq istəyir.
Arda 2023-cü ildən “Real”da çıxış edir. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.