21 Noyabr 2024
Ölkə futbolu

“Kəpəz”in zədəli futbolçusu qayıtdı

“Kəpəz”in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev kollektiv məşqlərə qoşulub.

İdmanxeber.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi müalicə prosesi başa çatdıqdan sonra 10 gün idi ki, fərdi halda çalışırdı.

Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamağa icazə verilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43